"ŞAMAXI: 100 İL “TAM MƏXFİ QRİF”İ ALTINDA" Rövşən Vəlizadə.
** Mart qırğınları zamanı Şamaxıda olmuş təbrizli kürd səyyahı gördüklərini belə xatırlayır: “Şamaxıda hər şey darmadağın edilmiş, altı üstünə çevrilmişdi. Mən yepiskop Meronla Poti limanında tanış oldum. Onu çox ciddi şəkildə əhatəyə almışdılar. Hər ikimiz Türkiyədən qayıdırdıq... Şamaxıya gəldik. Küçələrdə, ensiz dalanlarda, həyət-bacalarda meyitlərin sayı bilinmirdi. Əsl müharibə idi. Nə qədər çalışdımsa, gözdən yayınıb buraları tərk edim, yepiskop Meronun adamları qoymadı. Gecəni qalmalı oldum. Mən soruşanda ki, bu qırğınlar nə üçün olub? O, hiyləgər gözlərini qıyıb dedi ki, bu məsələni nəinki yepiskop Meron, heç onun babası Suren də bilmir... O biri otaqda isə közlə dolu bir manqal var idi. Uzun, bir tərəfi əyilmiş maşanı da qızarmış közün içinə soxmuşdular. Gecədən xeyli keçmiş süfrə açılmış otağa bir-birindən fərqli, üç gözəl balaca qız gətirdilər. Yaşları ancaq 10-11 olardı. Boy-boya düzülmüş bu üç müsəlman balasının qışqırıq və harayları hələ də qulaqlarımdan getmir. Yepiskop Meron mənə şərab süzdü və tapşırdı ki, sən belə şeylərə baxma. Qızları soyundurub, otağın bir küncünə sıxdı. Mən özümü itirmişdim. Mən həyanın, abır və ismətin nə olduğunu, ləyaqətin nə olduğunu, şərəfin nə olduğunu bir daha bu üç balaca, Şamaxı qızlarının sifətində gördüm. Yepiskop Meronun göstərişi ilə manqalı otağa gətirdilər. O vaxt qızlardan biri artıq keçinmişdi. Tələsik uşağın meyitini bayıra atdılar. Bütün bu işləri adına Sedrak, Moru, Manaşa, Mixay deyilən ermənilər görürdü. Sonra gördüm ki, yepiskop Meron manqalın işində qızarmış maşaya əl atdı. Divara qısılmış qızların əllərinə, ayaqlarına, alın və yanaqlarına dağ basıldı. Axırda o, əlindəki isti maşanı qızların çılpaq sinlərində gəzdirib, xaçladı. Səhərə qədər yepiskop Meron bu iki qızın cəsədi ilə oynadı. Mən o gündən ermənilərlə dostluğa son qoydum.”
Rövşən Vəlizadə “ŞAMAXI: 100 İL “TAM MəXFİ QRİF”İ ALTINDA” səh-63-64.
Oxunub: 172
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az