Nəfəs İctimai Birliyi.

 




Bu gün sizi Vətən müharibəmizin qəhrəmanlarından biri, Xüsusi Təyinatlı Qüvvələrin giziri Alıyev İlkinlə tanış etmək istəyirik. Suqovuşan uğrunda gedən döyüşlərdə minomyot partlaması nəticəsində başından, qolundan və ayağından yaralanan İlkinin sağlamlığında və niqtində müəyyən problemlər yaranmışdı. 3 aydan artıq müddətdir qonağımız olan, ailə qayğısı ilə yanaşdığımız qazimizin müalicə prosesini və bu müddət ərzində meydana gələn bütün qayğılarını qarşılamağa çalışdıq. Olduqca çətin bir dönəmdən keçən İlkinin sağlamlığında yaranan çətinliklərin böyük əksəriyyəti artıq aradan qaldırılıb. 
 “Qüsursuz Nitq” korreksiya mərkəzində aldığı psixoloji dəstək və niqt seanslarından sonra qəhrəmanımızın nitqində yaranan kəkələmə də tamamilə bərpa olunub. Bunun üçün bizimlə birlikdə qazimizə nəfəs olan korreksiya mərkəzinin rəhbərliyinə öz minnətdarlığımızı bildiririk.

Oxunub: 218
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az