Stepan Şaumyanın şərəfsiz yolu. 20 sentyabr 1918-ci ildə Fyodor Funtikovun əmri ilə Stepan edam olundu



İşğalçıların Stepan Şaumyanın şərəfinə adlandırdıqları Stepanakert şəhəri onun öldüyü gün Azərbaycanın tam nəzarətinə keçdi.
Tarixi mənbələr deyir ki, Daşnaksütyun partiyası Bakı komitəsinin üzvü Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin həyata keçirməyə başladığı soyqırımları 1914-1918-ci illərdə bütün Azərbaycan torpaqlarını və Şərqi Anadolunu əhatə edib, minlərlə dinc türk əhali qəddarlıqla qətlə yetirilib.
Azərbaycan xalqına qarşı soyqırımının həyata keçirilməsinə bilavasitə Bakı Sovetinin sədri və Qafqaz İşləri üzrə Fövqəladə komissar S.Şaumyan göstəriş verib, bu dəhşətli cinayəti təşkil edib və ona başçılıq edib.
Məhz bu cür “nailiyyətlərinə” görə bir sıra şəhərlərə, qəsəbələrə onun adı verilmişdir. Bunlardan biri də, elə Xankəndinin uydurma adı Stepanakertdir.
20 sentyabr 1918-ci ildə Fyodor Funtikovun əmri ilə Stepan edam olundu. Təsadüf olub-olmaması bizə məlum deyil. Lakin məhz senytabr ayının 20-də Azərbaycan lokal xarakterli antiterror tədbirlərini bitirərək, terrorçu düşməni layiqincə cəzalandırmışdır, Xankəndi və ətrafı terrorçulardan təmizlənmişdir.
Antiterror əməliyyatının uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir, və beləliklə, işğalçıların Stepan Şaumyanın şərəfinə adlandırdıqları Stepanakert şəhəri onun öldüyü gün Azərbaycanın tam nəzarətinə keçdi.
mənbə: @huquqvari
 İnsanoid

Oxunub: 171
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az