Prezident Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi.....




Vusal Huseynov
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi.

-Cənab Prezident Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi və miqrasiya sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalamışdır. Dövlət Miqrasiya Xidmətinin kollektivi adından cənab Prezidentə Xidmətin fəaliyyətinə göstərdiyi yüksək diqqət üçün təşəkkürlərimizi bildiririk. 
Miqrasiya orqanlarının işçiləri fəaliyyətini peşəkar səviyyədə şəffaflıq, qanunçuluq, yüksək xidmət prinsipləri əsasında qurur, müəyyən edilmiş tapşırıqların və vəzifələrinin icrasını layiqli və yüksək səviyyədə təmin edilməsi üçün səy göstərir və fəaliyyətini davamlı təkmilləşdirəcəkdir. 

Oxunub: 306
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az