Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində direktor vəzifəsinə təyinatlar olub.
Təhsil Nazirinin müvafiq əmrinə əsasən direktorların işə qəbulu imtahanından uğurla keçən adları aşağıda qeyd edilən şəxslər direktor vəzifəsinə təyin ediliblər.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev yeni təyin edilən məktəb direktorları ilə görüşərək onları təbrik edib və gələcək işlərində uğurlar arzulayıb. Həmçinin onlara bir çox tapşırıq və tövsiyyə verərək işlərində məsuliyyətli olmalarını diqqətlərinə çatdırıb.
1. Kərimov Səbuhi Ağacəfər oğlu-Şamaxı rayon Göylər Çöl kənd tam orta məktəbi
2. Mirzəyev Müşfiq Əlimusa oğlu-Şamaxı rayon Ərçiman kənd ümumi orta məktəbi
3. Nağıyeva Rəsmiyyə Şahlar qızı –İsmayıllı rayon Sərdəhar kənd ümumi orta məktəbi
4. Yaqubova İlahə Buludxan qızı-Qobustan rayon Yekəxana kənd tam orta məktəbi
5. Əhmədova Lalə Fərman qızı- Ağsu rayon Padar kənd tam orta məktəbi
6. Abdullayev Vasif Arif oğlu- Ağsu rayon Çiyni kənd tam orta məktəbi
7. Səfərli Zeynab Seyidqulu qızı-Ağsu rayon Cəfərli kənd ümumi orta məktəbi
Direktor vəzifəsinə təyin edilən əməkdaşlarımızı təbrik edir, onlara bu çətin və məsuliyyətli işlərində uğurlar arzulayırıq.
Oxunub: 145