Azərbaycan polisi bizim qürur mənbəyimizdir - Ölkəmizdə sülhün, sabitliyin və firavanlığın əsas təminatçısdır!
Polis sisteminin yaranıb formalaşma tarixi çox qədimdir. Tarixən onların əsas missiyası sabitliyi qorumaq, sülhü təmin etmək və vətəndaşların təhlükəsizliyini qorumaq olub. Müasir dövrdə Azərbaycan polisi tarixi irsinə sahib çıxaraq uzun illər boyu formalaşmış və özündə şərəfi, ləyaqəti birləşdirən polis peşəsini layiqincə təmsil edirlər. Ancaq gəlin biz baxaq Avropa, Amerika və bir çox demokratiyadan, insan azadlığından, vətəndaş məmnunluğundan dəm vuran ancaq əməldə bunların heç birini göstərməyən ölkələrin polislərinə. Onlar nə edirlər: Demokratik prinsipləri kobudcasına pozur, hətta insanlara təcavüz edir, onları öldürür və işgəncə verirlər. Azərbaycan polisi isə bunların hamısını pisləyir, yeniliklərə açıq, ənənələrə sadiq olduğunu daim əməli sübuta yetirir. Mən vətəndaşları polisə dəstəyə dəvət edir, müxtəlif məzmunlu provakasiyalara uymamağa dəvət edirəm. Vətənimizə və dövlətimizə yüksək səviyyədə xidmət edən polis orqanlarının fəaliyyətini dəstəkləmək, polis əməkdaşlarına mənəvi dayaq olmaq hər birimizin borcudur, bunu unutmayın!
İsmayıl Zalov,
Zalov İmza Tv Alyansın rəhbəri, Beynəlxalq hüquq eksperti
Oxunub: 140