Şəhidlərin əziz xatirələri yad edildi.








Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, mərkəzin əməkdaşı Badam İsayeva, Şamaxı YAP Gənclər Birliyinin sədri Nuranə Məmmədova, 9saylı tam orta məktəbin direktor müavini Mətanət Daşdəmirova İlaxır çərşənbəni  "Vətən müharibəsi"  qəhrəmanları şəhid  Şahmurad İsgəndərovun və şəhid Şəhadət Üsubovun ailəsi ilə birgə keçirtdi.Şəhidlərin xatirə şəkillərinə baxıldı əziz xatirələri yad edildi.
Söhbət zamanı şəhidlərin döyüş yolu,müharibədə göstərdikləri şücaət, təltif olunduqları medallar haqqında danışan valideyinlər cənab Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını xüsusi vurğuladılar.Övlad itkisinin acı olduğunu  bildirən , amma , şəhidlik zirvəsinə yüksələn övladlarının qanının yerdə qalmadığı üçün qurur hissi keçirən şəhid valideyinləri Şamaxı rayonunun rəhbərliyinin  də onlara göstərdiyi xüsusi diqqətindən razı qaldıqlarını bildirdilər.
Qarşınızda baş əyirik! 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Oxunub: 255
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az