İtaliyanın şimalında yerləşən kiçik Mario di Neze qəsəbəsində faşistlər tərəfindən öldürülmüş 120 azərbaycanlı partizanın şərəfinə qoyulmuş postament var.




İtaliyanın şimalında yerləşən kiçik Mario di Neze qəsəbəsində faşistlər tərəfindən öldürülmüş 120 azərbaycanlı partizanın şərəfinə qoyulmuş postament var.
   1945-ci ildə İtaliyanın Berqamo şəhəri yaxınlığında üç mindən çox azərbaycanlı əsirdən ibarət diviziya yaradılmışdı.  Onlar İtaliyadakı müqavimət hərəkatına qarşı vuruşmalı idilər. 
 Lakin əsgərlər kütləvi şəkildə italyan partizanlara qoşularaq qarşı tərəfə keçməyə başlayır. 
   Düşərgədən qaçan yüzdən çox azərbaycanlı Mario di Neze yaxınlığında faşistlərin mühasirəsinə düşür. 
  Faşitlər gecə vaxtı, yatmış əsgərlərin üzərinə hücum edir və demək olar ki, hamısını öldürür. 
   Cəsədlərin basdırılması ilə yerli sakin Covanni Gerardi məşğul olur. Böyük bir quyu qazaraq 120 əsgəri birgə basdırır.       
   Lakin azərbaycanlılar haqqında məlumatı olmayan italyanlar onları monqol zənn edib postamentdə "faşistlər tərəfindən öldürülən 120 monqolun şərəfinə" yazırlar.
    2014-cü ildə isə bu tarixi səhv düzəldilərək yeni postament qoyulur 
və "faşistlər tərəfindən öldürülmüş 120 azərbaycanlı.

Oxunub: 273
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az