İlham Əliyev 22 iyul 2022-ci il tarixdə “2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyası”nın təsdiq edilməsi haqqında 3378 nömrəli Sərəncam imzalamışdır.





Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 22 iyul 2022-ci il tarixdə “2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyası”nın təsdiq edilməsi haqqında 3378 nömrəli  Sərəncam imzalamışdır. 
Həmin  Strategiyanın  3.3.7.1-ci (Respublikanın ali və orta təhsil müəssisələrində tələbə/şagird və müəllim heyəti üçün sağlam həyat tərzi barədə müxtəlif informativ maarifləndirici resursların yaradılması) bəndinin icrası ilə bağlı 17 avqust 2023-cü il tarixdə Ağsu Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Təhsil Sektoru və Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə şagirdlər və müəllimlərlə ”Sağlam həyat tərzi” mövzusunda tədbir keçirilmiş və maarifləndirici materiallar paylanmışdır.

Oxunub: 232
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az