“Valideynləri məktəbli formaları ilə bağlı məlumatlandırmışıq.




“Valideynləri məktəbli formaları ilə bağlı məlumatlandırmışıq.
 Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni tədris ilindən məktəblərdə vahid məktəbli forması tətbiq ediləcək”.
Azgundem.az saytı yazır ki, bunu Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim İsgəndər Həsənov deyib.
O bildirib ki, qeyd olunan məsələyə əsasən, ötən tədris ilində şəhər 2 nömrəli tam orta məktəbin Pedaqoji Şurasında məktəbli forması ilə bağlı müvafiq qərar qəbul edilib.
“Valideynlərin də rəyini nəzərə alaraq, təqdim olunan 4 geyim formasından birini seçmişik. Seçilən geyim forması barədə məktəbin bütün valideynləri məlumatlandırılıb. Həmçinin valideynlərə bildirilib ki, onlar istədikləri satış məntəqəsindən övladları üçün müvafiq formaları əldə edə bilər və ya tikdirə bilərlər.
Həmçinin məktəb direktoru İsgəndər Həsənov bildirib ki, məktəbli formaları Şamaxı şəhərində bir neçə satış məntəqəsində satılır və valideynlərin məlumatlandırılması zamanı bu satış məntəqələrindən hər hansı biri xüsusi fərqləndirilməyib. Bir təhsil işçisi kimi qeyd edim ki, vahid geyim forması şagirdlərə məsuliyyət hissi aşılayır, səliqəli, nizamlı görünüşü təmin edir və məktəbin özünəxas təhsil mühitini formalaşdırır. Həmçinin vahid məktəbli forması şagirdlər arasında sosial bərabərliyi təşviq edir ki, bu da önəmli nüanslardandır.

Oxunub: 463
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az