Əmilərimizdən biri də, Şamaxı rayonu Dəmirçi kəndinin axundu İskəndərov Nəbi Salman oğludur. Dəmirçi kəndinin ağsaqqalıdır. Çox səmimi və mehriban bir şəxsiyyətdir. Nəbi kişinin oğlu İskəndərov Mayis
I Qarabağ müharibəsinin veteranıdır. Mayisin oğlu, Nəbi kişinin nəvəsi, İskəndərov Şəmistan II Qarabağ müharibəsinin iştirakçısıdır. "Zəngilanın azad olunması" medalı ilə təltif olunmuşdur. Bu yaxınlarda "Vətən müharəbəsi iştirakçısı" medalı ilə təltif olundu. Nəbi kişinin bacısı oğlu Məlikov Babək Əlisa oğlu II Qarabağ müharibəsinin iştirakçısı, "Laçının azad olunması" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Məlikov Babək Mühəndislik universitetinin tələbəsidir. Nəbi kişinin bacısı oğlu Siracov Marif Güloğlan oğlu I Qarabağ müharibəsinin şəhidi, əmisi nəvəsi Quliyev Rəcəb Elşən oğlu II Qarabağ müharibəsinin şəhidi, digər əmi nəvəsi Quliyev Əli Əkbər oğlu I Qarabağ müharibəsinin şəhidi, bibisi nəvəsi Şükürov Rəşid Cümşüd oğlu I Qarabağ müharibəsi şəhididir.
Ümumiyyətlə Nəbi kişi ziyalı və dünya görüşlü bir insandır. 5 övladı 12 nəvəsi və 1 nəticəsi var. Hal-hazırda qız nəvələrindən İskəndərova Z.(Midanın asan xidmət üzrə satış təmsilçisi işçisidir) və İskəndərova L.(BDU-nun tələbəsidir). Həyat yoldaşı da ağbirçəyimiz Firuzə xanımdır. Nəbi kişiyə və onun ailə üzvlərinə uzun ömür və can sağlığı arzulayırıq.
Alxas Məmmədov Dəmirçi kəndi. 17.08.2023-cü il, saat 11:54.
Oxunub: 239