Şamaxı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Şamaxı rayon UGİM-in dəstəyi ilə....




 


Şamaxı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Şamaxı rayon UGİM-in dəstəyi ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş "Poeziya dünyasının dahisi" adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Könül Eyvazova bu gün Azərbaycan mədəni irsinə, ədəbiyyatına, dünyaşöhrətli dahi sənətkarlarına verilən dəyərdən, göstərilən diqqət və qayğıdan danışıb.Cənab Prezident İlham Əliyevin 2021-ci ili "Nizami Gəncəvi ili" edilməsi ilə bağlı verdiyi Sərəncamın bu dəyərin , qayğının parlaq nümunəsi olduğunu diqqətə çatdırıb. Böyük mütəffəkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olduğunu vurğulayan K.Eyvazova təşkil olunan sərgidə dahi sənətkarın əsərlərinin təqdim edildiyini ,rəsm həvəskarlarının çəkdikləri portretini, əsərlərindən hazırladıqları illüstrasiyaları nümayiş etdirdiklərini bildirib.
Tədbirdə mərkəzin əməkdaşı Nuridə Qədirova məktəblilərə dahi şairin əsərlərindən ibarət sərgi haqqında geniş məlumat verdı.


Oxunub: 347
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az