Nəsimi rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemləri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir.
Bunlardan biri şəhid Solntsev Dmitri Aleksandroviçin ailə üzvlərinin yaşadığı 20 Yanvar küçəsi ev 29, mənzil 7-də aparılan əsaslı təmir işləri idi.
Aparılan təmir işlərinin başa çatması ilə əlaqədar RİH başçısı Asif Əsgərov mənzilin təmirdən sorakı vəziyyəti ilə tanış olub, şəhidin ailə üzvləri ilə görüşərək qaldırdıqları məsələlərin həlli ilə əlaqədar müvafiq tapşırıqlar verdi. Şəhid Dmitri Sontsevin barelyefinin vurulması üçün ailə üzvlərinin iştirakı ilə müvafiq yer müəyyənləşdirildi.
Vüqar Vüqarlı
Oxunub: 278