ADPU-nun Şamaxı filialında ixtisasartırma təlimlərinə start verildi.





ADPU-nun Şamaxı filialında ixtisasartırma təlimlərinə start verildi.
Müasir dünyamızda təhsil sürətlə dəyişən, yeni inkişaf tendensiyaları ilə zəngin sahələrdəndir. Ali təhsil sahəsində də inkişafa nail olmaq üçün bu tendensiyaların davamlı izlənməsi, çevik addımların atılması çox vacibdir. Odur ki, müəllim kadrlarının yetişdirilməsi sahəsində mühüm rola malik olan Azərbaycan Dövlət Pedaqoji Universitetiinin (ADPU) Şamaxı filialında mütəmadi olaraq filialda çalışan professor-müəllim heyətinin özünütəhsilinə və ixtisasartımasına şərait yaradılıb. Belə tədbirlər müəllimlərin yeniləşən təhsil sisteminə uyğunlaşmasını təmin edir, həmçinin müasir tələbələrə uyğun və rəqabətqabiliyyətli müzunların yetişdirilməsinə mübət təsir edir.
Növbəti dəfə iyul ayından etibarən filialın direktoru, dosent Tünzalə xanım Yusifovanın təşəbbüsü ilə Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi (İTE) tərəfindən “Metodika və pedaqogika” mövzusunda ixtisasartırma təlimlərinə start verildi. Filialın bütün professor-müəllim heyətinin qoşulduğu təlimlər araşdırmalara arxalanan məzmun, yüksək səviyyəli təlim metodları, ən son trendlər və texnologiyaları özündə birləşdirir. Təlim proqramı tədris prosesinin bir çox məqamlarını əhatə edir. İki hissədən ibarət olan təlimin ilk hissəsi mərkəzin beynəlxalq sertifikatlıi təlimçi-mentoru Ceyhunə Yusifova  tərəfindən aparılır. Yüksək peşəkarlıqla təşkil olunan təlimdə filialın müəllimləri fərdi, cütlər və ya qrup şəklində təqdimatlar hazırlayaraq müxtəlif fənlər üzrə fəal təlimin təşkili imkanlarını namayiş etdirirlər.
Qeyd edək ki, ixtisasartırma təlimi 19 iyuladək davam edəcəkdir.

Oxunub: 164
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az