Dünya mediası Everesti fəth etmiş ilk Azərbaycan alpinisti İsrafil Aşurlunun qəhrəmanlığından yazır.
Dünya mediası Everesti fəth etmiş ilk Azərbaycan alpinisti İsrafil Aşurlunun qəhrəmanlığından yazır.O, Himalay silsiləsindəki Nanqa – Parbat zirvəsinə (8126 metr hündürlüklə dünyanın 9-cu ən hündür zirvəsi) səfər edərkən 7300 metr hündürlükdə ölüm təhlükəsi qarşısında köməksiz vəziyyətdə qalmış 2 alpinistlə rastlaşıb.İsrafil onları xilas etmək üçün zirvə təkanını dayandırıb. Onları baza düşərgəsinə daşımağa başlayıb. Alpinistlərdən birinin – polşalı Pavel Kopetsin vəziyyəti çox ağır olduğundan, əfsus ki, yolda keçinib. Görmə qabiliyyətini müvəqqəti itirmiş digər alpinist - pakistanlı Asif Bhattini isə o, düşərgəyə çatdıraraq həyatını xilas edə bilib.
Oxunub: 229