Qürur hissi ilə yad edirik!
Şəhid Sadıqlı İbrahim Şahin oğlu 1993-cü ildə iyunun 28-də Bakı şəhərində anadan olub. Uşaqlıqdan hərbi sahəyə marağı olan İbrahim 2016-cı ildə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Xidmət etdiyi dövrdə dəfələrlə müxtəlif fəxri fərmanlar və medallarla təltif edilib.
İbrahimin qardaşı Vüqar bildirib ki, İbrahim 2018-ci ilin sentyabr ayından 2019-cu ilin yanvar ayının sonuna kimi Çin Xalq Respublikasında snayper kursu keçib. Bu zaman o, 50 ölkə arasında ikinci yer tutaraq Azərbaycan bayrağını yüksəklərdə dalğalandırıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 24 dekabr tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Ruhu şad olsun!
Oxunub: 162