Türkiyədə Rusiya və Türkiyə birgə atom elektrik stansiya AES tikintisinin 3-cü enerqoblok açılışı baş tutub. Açılışda T. Erdoğan və V. Putin video iştirak ediblər. Tikinti, masştabı və elektrik gücü üzrə dünyada ən böyük AES-lərdən birisi olacaq bu layihə. Müəyyən zaman sonra sonuncu, 4-cü blokun da tikintisi başlanır. 2023-cü ildə bu AES tam başa çatıb, ilk Türkiyə AES-in açılışı olacaq.
Türkiyə, bu möhşəm layihə ilə nələri əldə edir?
1. Türkiyə ilk dəfə olaraq atom nüvə enerjsinin istehsalçı ölkəsinə çevrilir. Bundan sonra, daha irəli gedib, atom silahı dövlətinə çevrilə də bilər.
2. Atom enerjisi üzrə yüzlərcə gənc mütəxəssis kadrları Rusiyada bu sahə üzrə təhsil alıb, gəlib. Türkiyənin öz, atom mütəxəssisi bazası olacaq.
3. Ucuz və ekoloji təmiz elektrik enerji mənbəyi əldə edir, özü də, Türkiyənin xeyli elektrik enerji ehtiyatını artıracaq, 4800 MGB, çox güclü AES.
4. 10 minə yaxın iş yeri açılır Türkiyə xalqı üçün. Elə bu böyük tikinti materialı və işlərini 400-dən çox türk şirkəti, minlərlə işçi və fəhlə təmin edir.
5. Bu layihə, Türkiyə və Rusiyanı bir-birinə daha çox əsaslı yaxınlaşdırır. Çünki, burada, bir neçə yüz rus mütəxəssislər türklərlə birgə çalışacaq. AES-i qismən birgə işlətməklə, etimadlılıq artır!
6. Türkiyə, Ərdoğan siyasəti bir daha təsdiq etdi ki, NATO alyansının yeganə üzvüdür ki, müstəqil mövqe sərgilıyib, Rusiya ilə sıx strateji əməkdaş ola bilir və eyni zamanda, Qərblə də, müttəfiqliyi etimadı saxlaya bilir. Çünki, təmiz, açıq oynayır!
7. Bizim Azərbaycan üçün də xeyri az deyil belə bir layihənin. Türkiyə-Rusiya dərin strateji birliyi, Azərbaycanın regional təhlükəsizliyini daha da möhkəmlədir, Rusiya və onun, qonşuluğumuzda yerləşən əlaltı dövlətlərindən gələ bilən hansısa təhdid ehtmalını yox edir. İkincisi isə bu iqtisadi və ekoloji sərfəli və prestijli AES-i Azərbaycanın da, qura bilməsi üçün imkan, presedent,yaranır.
8. Belə böyük və dərin əsaslarda Türkiyə-Rusiya yaxınlaşması, Rusiyanı hər daim türk dünyasına qarşı qoymağa çalışan anti-türk dövlətləri xeyli məyus edir. Artıq, ermənilərin də böyük qardaşı Yunanıstan XİN, bu AES-ə etirazını bəyan etmiş.
İlqar Altay.