“Azərbaycanda “cehiz faizi” deyilən yüksək faizli istehlak kreditləri ailə quranların faciəsinə çevrilib.
“Azərbaycanda “cehiz faizi” deyilən yüksək faizli istehlak kreditləri ailə quranların faciəsinə çevrilib”.
Azgundem.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, pula bu cür hərislik heç bir ölkənin bank sistemində yoxdur:
“Mərkəzi Bankın sədri iddia edir ki, Bankın yeni binasının tikintisi üçün elan edilən tenderin nəticəsi məlum olub. Anormal bank sistemimizdə islahatlara ehtiyac var. Vətəndaş-bank sistemi bataqlıqdadır. “Bank haqqında” qanun yenidən qəbul edilməlidir”.
Oxunub: 277