
Şəhid ailələrinin ziyarəti davam edir.
15 mart 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Şura üzvü Camal Manafov, YAP Masallı rayon təşkilatının Aparat rəhbəri Fəxrəddin Eyvazov , YAP fəalları və Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi , II Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Məmmədağa Həsənağa oğlu Bağırovun ailəsini ziyarət etmişdir. Ziyarət zamanı şəhidin ailəsinin qayğıları dinlənilb.Şəhidimizin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Şəhid əsgər Məmmədağa Həsənağa oğlu
Məmmədağa Həsənağa oğlu Bağırov 02 dekabr 1997-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində dünyaya göz açıb. 2004-cü ildə şəhid Rasim Əliyev adına Mollahəsənli kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2015-ci ildə həmin məktəbin onbirinci sinfini bitirib. Sonra çağırışçı kimi 2016-cı ilin yanvar ayında Masallı rayon hərbi komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində başa çatdırıb.
Azərbaycan Ordusunun əsgəri Məmmədağa Bağırov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb. Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 24 noyabr 2020-ci il tarixində böyüyb boy atdığı Masallı rayonunun Xoşçobanlı kəndində izdihamla torpağa tapşırılıb. Subay idi...
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsinin əsgəri Məmmədağa Həsənağa oğlu Bağırov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilibş
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edililib