Məmmədova Aynur Tofiq qızı.





Məmmədova Aynur Tofiq qızı 21.02.1979 cu ildə Ucar rayonu Təzə Şilyan kəndində anadan olub. 1986-96 cı illərdə həmin kəndin 1 saylı  orta məktəbini bitirib.  1998-2001 ci illərdə Azərbaycan Maliyyə İqtisad kollecinin Maliyyə işi fakültəsini bitirib.  2014-2019 cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyasının taekvondo ixtisası üzrə bakalavır adın alıb.  1998-ci ildən Bakı şəhərində yaşayır.  1999 cu ildən İctimai xeyriyyə işləri ilə məşğul olub həssas qrupdan olan şəxslərlə çalışır.   1998-2004 cu ara verərək 2007-2008 ci illərədə Paralimpiyanın atıcılıq idman növu ilə  məşğul olub.   Respublika çempionatının 1-ci və 2ci yerlərinə sahib olub.  2009 cu ildən Parataekvodo idman növu ilə məşğul olmağa başlayıb.  2011 ci ildən FHN-nin İdman Sağlamlıq klubunun fiziki hazırlıq şöbəsinin təlimatıçısı vəzifəsində işləyir. 2021 ci ildən İdman Nazirliyinın İctimai Şurasının üzvüdür.  2010-cu il Sankt Peterburqda keçirilen dünya çempionatının bürünc medalına sahib olub. 2011 ci il Moskva şəhərində keçirilən Avropa çempionatının qızıl medalın qazanıb. 2012 ci il Cənubi Amerikanın Santakruz şəhərində keçirilən Dünya çempionatının qızıl medalın qazanıb.  2013 cu il Rumıniyanın Budapeşt şəhərində keçirilən Avropa çempionatının bürünc medalını qazanıb. 2014 cu il Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatının qızıl medalını, 2014 cu il Moskvada keçirilən dünya çempionatının gümüş medalını qazanıb.  2016 ci il Polşada keçirilən Avropa çempionatının bürünc, 2018 ci il Bolqarıstanda keçirilən Avropa çempionatının qızıl, 2019 cu il İtaliyanın Bari şəhərində keçirilən Avropa çempionatının qızıl medalına sahib olub. 2021 ci il Bolqarıstanın Sofiya şəhərində keçirilən Yat Paralimpiya oyunlarına lisenziya yarışında qızıl medal qazanaraq olimpiada iştirak hüququ qazanıb.  Əfsuslar olsun ki 2020 ci il yaya Paralimpiya oyunlarına qatılmağına 1 gun qalmış covid-19 virusuna yoluxub. 2016 ci ildə Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İB-nin təsisçisi və sədri olaraq Ədliyyə nazirliyi tərəfindən qeydiyyatdan keçmişdir.  Artıq bir çox layihələr həyata keçirmişir.  Keçirdiyi layihələr Azərbaycan Gənclər Fondunun və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.  Bu layihələr,  həssas qrupdan olan şəxslərlə psixoloji dəstək, Sərhədləri bilikdən aşaq, Sən  də Bacararsan, Biz  də Səyahət istəyirik, Özümüzü kəşf edək, Döyüşkən qəhrəmanlarımız, Gələcəyinə rəng qat və digər ianələr hesabına da layihələr həyata keçirilmişdir.   2021 ci ildən idmanda aldığı  ayaq topuğunun qığırdağ yeyilməsi diaqnozu ilə idmandan uzaqlaşmışdır.  Hal hazırda Paralimpiyanın atıcılıq idman növu ilə məşğul olur.  2022 ci ildən Parataekvodo üzrə Mübariz taekvondo klubunda Əlilliyi olan uşaqlara təmənasız məşqlər keçir.  Paralimpiyaçı taekvondo üzrə 3 dəfə dünya, 4 dəfə Avropa çempionu, əməkdar idman ustası, 1 ci dan qara kəmər, prezident mükafatçısı, Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İB-nin sədri Aynur Tofiq qızı Məmmədova.  Ailəlidir 1 övladı var.

 

Oxunub: 201
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az