Bakı Ali Neft Məktəbinin tələbəsi ABŞ-ın 2 universitetinin 80.000 dollarlıq təqaüdünü qaza
Bakı Ali Neft Məktəbinin tələbəsi ABŞ-ın 2 universitetinin 80.000 dollarlıq təqaüdünü qazanıb.BANM-in Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Cavidan Əliyev ABŞ-nin 2 universitetinin birbaşa doktorantura səviyyəsinə tam təqaüdlə qəbul alıb.Cavidan Alabama ştatında yerləşən Auburn Universitetindən illik 80.000 ABŞ dolları, Pensilvaniya ştatında yerləşən Lehigh Universitetindən isə 82.000 ABŞ dolları dəyərində təqaüd qazanıb.BANM tələbəsinin seçimi Lehigh Universitetidir. O, bu universitetin Kimya və Biomolekulyar mühəndislik ixtisasında doktorantura təhsili alacaq.Azərbaycan universitetləri səhifəsi
Oxunub: 144