“VƏTƏNİM AZƏRBAYCAN” adlı Respublika uşaq rəsm müsabiqəsinə yekun vurulmuşdur..

 



Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyi, “Azərbaycan Televiziya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində vətənə məhəbbət hisslərini aşılamaq, Azərbaycanı gənc nəslə tanıtmaq, bugünkü vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, həmçinin, vətən uğrunda fədakarlıq və şəhidlik zirvəsinə yüksələnlərin qəhrəmanlığını tabloda tərənnüm etmək, gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədi ilə “VƏTƏNİM AZƏRBAYCAN” adlı Respublika uşaq rəsm müsabiqəsinə yekun vurulmuşdur.. 
      Müsabiqədə fəal  iştirak edən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdləri  “Diplom”-lara layiq görülmüşlər.Mərkəzin rəhbərliyi  “Diplom”-ların təqdimatını keçirmiş və şagirdləri bu münasibətlə təbrik etmişdir.

Oxunub: 329
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az