Füzulidə PUA və dron təmiri ixtisası üzrə mütəxəssis hazırlanması nəzərdə tutulur.
Ədalət Verdiyev.
- Füzulidə PUA və dron təmiri ixtisası üzrə mütəxəssis hazırlanması nəzərdə tutulur.
Bu barədə Peşə təhsili üzrə dövlət agentliyinin rəhbəri Ceyhun Kərəmov APA-ya bildirib.O, qeyd edib ki, keçən il Füzulidə bünövrəsi qoyulan müasir peşə liseyində iqtisadiyyatın tələblərinə uyğun ixtisaslar tədris ediləcək."Həm sənaye, həm kənd təsərrüfatına aid ixtisaslar, eyni zamanda, yeni ixtisaslar tədris olunacaq. Məsələn, biz Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik", - deyə qurum başçısı əlavə edib.Onun sözlərinə görə, dron təmiri üzrə emalatxanalar və tədris proqramı hazırlanır.
Oxunub: 211