Salyan rayonuna səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Salyan rayonuna səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 19-u Vətən müharibəsi iştirakçısı olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 72 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Oxunub: 265