Milli Oftalmologiya Mərkəzi və TƏBIB tabeçiliyində olan Şamaxı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə göz xəstəliklərinin müalicəsi və müayinəsi ilə bağlı aksiya keçirildi.



Ümummilli lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın 100 illik yubileyləri ilə bağlı Milli Oftalmologiya Mərkəzi və TƏBIB tabeçiliyində olan Şamaxı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə göz xəstəliklərinin müalicəsi və müayinəsi  ilə bağlı aksiya   keçirildi. 
     Gün boyu davam edən aksiyada 150-dən çox  şəxs həmçinin  şəhid ailələri, müharibə veteranları, aztəminatlı ailələrdən olan şəxslər, əlil və sağlamlıq imkanları məhdud uşaqlar iştirak ediblər.  Müasir avadanlıqlar vasitəsilə pasientlərin kompleks şəkildə göz müayinəsi aparılıb, görmə itiliyi, göz təzyiqi, göz dibi xəstəlikləri yoxlanılıb və onlara müvafiq olaraq müalicələr təyin olunub. Bəzi pasiyentlərə ixtisaslaşmış müalicə almaları üçün  göndərişlər  verilmişdir.

Oxunub: 392
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az