YAP-ın Şamaxı Rayon Təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə rayonun bir qrup fəal gənci və idmançılarla görüş keçirildi.

05 may 2023-cü il tarixində YAP-ın Şamaxı Rayon Təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə rayonun bir qrup fəal gənci, o cümlədən Respublika, eləcə də beynəlxalq yarışlarda uğur əldə etmiş idmançılarla görüş keçirildi. 
Tədbirdə çıxış edən YAP-ın Şamaxı Rayon Təşkilatının sədri - Tural Qasımlı, Şamaxı Rayon Gənclər və İdman İdarəsinin rəisi - Şahmar Hüseynov, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov Ulu Öndər Heydər Əliyevin dövlətimizin, xalqımızın uğrunda fəda etdiyi şərəfli ömür yolundan geniş bəhs etdilər.
Sonda Şamaxı Rayon Gənclər və İdman İdarəsi və YAP-ın Şamaxı Rayon Təşkilatı tərəfindən idmçılara və fəal gənclərə Fəxri Fərman və Təşəkkürnamələr təqdim olundu. Təşəkkürnamə alanların sıralarında Şamaxı Olimpiya Mərkəzinin nümayəndələridə vardır.

Oxunub: 181
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az