Ölkəmizdə Beynəlxalq-Tibbi Sanitariya Qaydalarına əsasən Birgə Xarici Qiymətləndirmə həyata keçirilir.





Ölkəmizdə Beynəlxalq-Tibbi Sanitariya Qaydalarına əsasən Birgə Xarici Qiymətləndirmə həyata keçirilir
01-05 may 2023-cü il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin təşkilatçılığı ilə Amerika, Filippin, Danimarka, İtaliya, Hollandiya və digər ölkələrdən gələn beynəlxalq ekspertlər tərəfindən ölkəmizdə Beynəlxalq-Tibbi Sanitariya Qaydalarına əsasən Birgə Xarici Qiymətləndirmə (BXQ) həyata keçirilir. Qiymətləndirmənin məqsədi ölkədə ictimai səhiyyədə fövqəladə hallara qarşı hazırlıq səviyyəsinin müəyyən edilməsi və hədəflərin əlçatanlığını ölçmək, Beynəlxalq Tibbi-Sanitariya Qaydalarının (BTSQ) tətbiqində ölkənin potensialın gücləndirilməsi prosesinə dəstək olmaq, ölkə üzrə BTSQ çərçivəsində milli planın hazırlanmasında beynəlxalq təcrübəyə əsaslanmış tövsiyələr vermək.
Monitorinqlər zamanı ÜST, beynəlxalq ekspertlər və müvafiq Dövlət Qurumların nümayəndələri ilə birlikdə sahə səfərləri edilmiş, Qurumların rəhbərliyi ilə BXQ üzrə brifinq keçirilmişdir. Dövlət Gömrük Komitəsinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yerləşən gömrük postuna edilən səfər zamanı beynəlxalq ekspertlər tərəfindən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, Gömrük Postu və Dəniz Limanının rəhbərliyi ilə birlikdə monitorinq aparılmış, postda həyata keçirilən əks-epidemik və ilk yardım tədbirləri barəsində ekspertlərə ətraflı məlumat verilmişdir. 
Tədbir zamanı Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşları tərəfindən təqdimatlar edilmişdir. Təqdimatlarda Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin yaradılması, vəzifələri və fəaliyyəti, gördüyü işlər, gömrük sərhəd buraxılış məntəqələrində ictimai səhiyyə sahəsində baş verə biləcək hadisələrlə bağlı aparılan tədbirlər barədə iştirakçıları ətraflı məlumatlandırıblar.
Qiymətləndirmədə DGK Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Sanitar-Karantin Xidmətinin rəisi Məhərrəm Nəbiyev və xidmətin digər əməkdaşları, DGK-nın Baytarlıq, Fitosanitar və Sanitariya nəzarəti şöbəsinin rəisi Günay Salamova və şöbənin digər əməkdaşları, DGK “Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunun rəisi Rəşad Əhmədov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının SƏTƏM departamenti üzrə aparıcı mütəxəssis Əbülfəz Şəmiyev və “Terminal 2” Beynəlxalq Hava Limanı Gömrük Postunun rəis müavini Seymur Muradov iştirak ediblər. Qiymətləndirmə zamanı Dövlət Gömrük Komitəsi ilə yanaşı Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və digər qurumların nümayəndələri də iştirak etmişlər.

Oxunub: 212
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az