• Ali tibbi təhsil (ictimai səhiyyə və kliniki ixtisaslar üzrə)
• Sahə üzrə minimum 3 il iş təcrübəsi
• Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
• Dil bilikləri: ingilis və rus dili üstünlükdür.
• TƏBİB tərəfindən təsdiq edilmiş keyfiyyət standartlarının TƏBİB-in keyfiyyətin idarə olunması şöbəsi ilə koordinasiyalı şəkildə tətbiqini həyata keçirmək;
• TƏBİB tərəfindən daxil olan sənədlər əsasında tibb müəssisələrində tətbiq olunan keyfiyyət standartlarına dair sənədlərin hazırlanmasında bilavasitə iştirak etmək, təyin edilmiş təkrar baxış tarixində və ya ehtiyac yaranarsa, vaxtından əvvəl yenilənməsini həyata keçirmək və təsdiq üçün müəssisə rəhbərliyinə təqdim etmək;
• Təsdiq edilmiş keyfiyyət standartları əsasında müəssisə rəhbəri ilə tibb müəssisəsinin ayrı-ayrı şöbələri üçün keyfiyyətin idarə edilməsinə dair hədəfləri müəyyən edərək iş planını hazırlamaq;
• TƏBİB tərəfindən müəssisəyə göndərilən keyfiyyət standartlarına dair sənədlərin müvafiq şöbələrin cavabdeh şəxslərinə çatdırılmasını təmin etmək və onun qeydiyyatını aparmaq;
• Tibb müəssisəsinin digər əməkdaşları üçün keyfiyyətin idarə edilməsi işi üzrə təlimlər planını hazırlamaq və təlimləri təşkil etmək, keçirilmiş təlimlərin qeydiyyatını aparmaq;
• Zəruri hallarda hər hansı bir şöbədə keyfiyyət standartlarının tətbiqi sahəsində yaranmış problemin həlli istiqamətində maraqlı tərəflərin iştirakı ilə iclaslar təşkil etmək və keçirilmiş iclasların protokollaşdırılmasını təmin etmək;
• Tibb müəssisəsində fəaliyyət göstərən infeksiyaların profilaktikası və infeksion nəzarət üzrə komitələrin müəyyən edilmiş cədvəl üzrə dövri hesabatlarını toplamaq, təhlil etmək və keyfiyyətin idarə edilməsi üzrə hesabatlara daxil etmək;
• Arzuolunmaz hadisələrin bildirişi, qeydiyyatı və protokollaşdırılması işini təşkil etmək, gələcəkdə həmin hadisələrin aradan qaldırılması məqsədilə korreksiyaedici və preventiv tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
• Tibb müəssisəsində keyfiyyət standartlarının tətbiqinin icra vəziyyətlərinə dair dövri hesabatlarını TƏBİB tərəfindən təsdiq edilmiş keyfiyyət standartlarının qiymətləndirmə meyarları üzrə “hesabat forması”na əsasən hazırlamaq və TƏBİB-ə təqdim etmək;
• Təqdim edilmiş hesabatların nəticələrinin təhlili məqsədilə müəssisə rəhbərliyinin və digər maraqlı tərəflərin iştirakı ilə iclaslar təşkil etmək və keçirilmiş iclasların protokollaşdırılmasını təmin etmək.
• İş qrafiki: Bazar ertəsi – cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.