Göylər və Şamaxının nüfuzlu ziyalısı Pünhan müəllim haqq dünyasına qovuşub.




Hər kəsin dərin hörmət və rəğbətini qazanmış, Göylər və Şamaxının nüfuzlu ziyalısı Pünhan müəllim haqq dünyasına qovuşub. Onun haqqında ancaq xoş xatirələr və xoş sözlər yadigar qalacaq. Yaxınlarına və ailəsinə Allahdan səbr diləyirik. Nur içində yatın gözəl insan!
Haqqında qısa arayış.
Mikayılov Pünhan Atababa oğlu 25 aprel 1959 cu ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub.
1966 cı ildə Şamaxı rayonu Göylər kənd səkkizillik məktəbinin birinci sinfinə getmiş, 1976 cı ildə Göylər kənd orta məktəbinin onuncu sinfini bitirimişdir. 
1976 cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuş və 1981 ci ildə həmin fakültədən məzun olmuşdur. 
1982-1983 cü illərdə Ukrayna  SSR nin Xmilinski şəhərində Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş və xidməti  baş leytenant rütbəsi ilə başa vurmuşdur.
1984 cü ildə Şamaxı rayonu Mərəzə qəsəbə orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 
1984 cü ildə azad komsomol komitə katibi seçilmiş və 1986 cı ilə qədər bu vəzifədə çalışmışdır. 
1986 cı ilin avqust ayından Engels adına sovxozda əvvəl Xalq nəzarəti komitəsinin sədri, sonra isə təftiş komitəsinin sədri vəzifələrində çalışmışdır. 
2000-2002 ci illərdə Göylər kənd 1 saylı orta məktəbində tarix müəllimi kimi fəaliyyət göstərmişdir. 
2002-2012 ci illərdə Şamaxı rayonu Göylər kənd Tehran Kərimov adına 2 saylı tam orta məktəbdə direktor, 2012 ci ildən bu günə kimi isə həmin məktəbdə tarix müəllimi işləyir.
Təhsil sahəsində işlədiyi müddətdə Pünhan müəllimin rəhbərlik etdiyi 2 saylı orta məktəb Respublikamızın qabaqcıl məktəblərindən birinə çevrilmiş, məktəbin məzunları yüksək balla Respublikanın müxtəlif ali təhsil ocaqlarına qəbul olmuşdur.
Pünhan Mikayılov 2003 cü ildə Azərbaycan müəllimlərinin XII qrultayının nümayəndəsi olmuşdur.
O, 2005 ci ildən Azərbaycan Respublikasının Əsilzadələr məclisinin üzvüdür. 
2009 cu ildə təhsil sahəsində göstərdiyi xidmətlərə görə  Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Şamaxı rayonunun  ictimai həyatında da fəal iştirak edən Pünhan Mikayılov həm də, Şamaxı rayon ağsaqqallar  şurasının üzvüdür.
Pünhan Mikayılov Göylər kəndi haqqında bir sıra elmi və publisistik məqalələrin müəllifidir.
Pünhan müəllim rayon miqyasında tanınmış ziyalı olmaqla bərabər eyni zamanda gözəl natiq, musiqi və söz sərrafıdır. O, ara sıra şerlər yazmaqla yanaşı həm də muğamlarımızın gözəl bilicisidir. Göylər kəndinin toy büsatlarında Pünhan Mikayılovun özünəməxsus dəsti-xətti olub. Allah rəhmət eləsin!

Göylər və Göylərlilər.

Oxunub: 587
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az