Starlink internet xidmətini genişləndirir
Ötən ildən ABŞ və Kanadada yayımlanan sürətli Starlink beta internet xidməti şəbəkəsinin artıq Almaniya, Yeni Zelandiyaya və Ukraynada da tətbiqinə başlanılacaq. Daha sonra bu xidmət İngiltərədə də tətbiq ediləcək.
Aşağı Yer orbitində (LEO) hərəkət edən Starlink peykləri planetimizdə internetin olmadığı, ya da xidmətin aşağı olduğu ucqar bölgələrdə yüksək sürətli qlobal internet xidmətini təmin edəcək.
Starlink peykləri LEO-da uçduğundan, istifadəçilər arasında əlaqə vaxtı arada olan gecikmə anları xeyli azalacaq. Bu üstünlük digər peyk sistemlərində mümkün olmayan fasiləsiz video zənglər kimi internet xidmətlərinin tətbiqinə imkan verir.
Layihənin tam tətbiqi üçün 42 000 Starlink peykinin buraxılması nəzərdə tutulub. Hazırda Yer orbitdə istifadəyə yararlı olan peyklərinin ümümi say 1201 ədəddir.
Oxunub: 228