Narkomaniya və Narkobiznesə Qarşı mübarizə ilə əlaqədar "Narkomaniya gələcəyi olmayan həyat" adlı söhbət keçirildi.
Sumqayıt Regional Mədəniyyət İdarəsi Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində Zəngilan rayon şəhid Surxay Noçiyev adına 1 saylı məktəbin şagirdləri ilə birlikdə Narkomaniya və Narkobiznesə Qarşı mübarizə ilə əlaqədar "Narkomaniya gələcəyi olmayan həyat" adlı söhbət keçirildi. Tədbirdə MKS-nin direktoru Məhruzə Cəfərova çıxış edərək narkomaniyanın zərərlərindən, əsrin bəlası olan narkomaniyanın yaratdığı problemlərdən ətraflı məlumat verərək bildirdi ki, narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir.