Ağsu Tədris Mərkəzinin şagirdləri "Qarabağın tarixi" adlı təqdimat işi hazırlayıb təqdim ediblər.
Ağsu Tədris Mərkəzinin şagirdləri "Qarabağın tarixi" adlı təqdimat işi hazırlayıb təqdim ediblər. Bu cür həssas mövzunu seçdikləri, ona məsuliyyətlə yanaşdıqları və uğurlu bir formada təqdim etdikləri üçün hər birinə təşəkkür edir və uğur arzu edirik. Şagirdlərin təqdimatına "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli də qatılıb. O, təqdimatı yüksək qiymətləndirib, hər birini kitab hədiyyəsi ilə mükafatlandırıb. Şagirdlər eyni zamanda uğurlu çıxışlarına görə Ağsu Tədris Mərkəzi tərəfindən sertifikatla mükafatlandırılıblar.
Oxunub: 645