Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə.....




Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2023-cü il aprelin 17-dən 1 may saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi; ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I cəhdi 2023-cü il mayın 14-də, II cəhdi iyulun 16-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanın isə avqustun 13-də keçirilməsi planlaşdırılır.
Ətraflı məlumat və qeydiyyat üçün link şərhdə yerləşdirilib.

Oxunub: 170
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az