Direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.





Direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.
Aprelin 15-də Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.
Şamaxı şəhər 9 nömrəli tam orta məktəbdə keçirilən imtahanda 12 nəfər namizəd iştirak edib. Namizədlərə tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla 45 test tapşırığı təqdim edilib.
Nəticələr namizədlərin əlaqə nömrələrinə sms vasitəsilə göndəriləcək. 
Test imtahanı mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq !

Oxunub: 279
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az