Nəhayət, Azərbaycan nümayəndə heyəti sağ-salamat Vətənə qayıdır.



-Nəhayət, Azərbaycan nümayəndə heyəti sağ-salamat Vətənə qayıdır. Komandamız avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub-bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirib. Onun sözlərinə görə, komandamızı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21.20-də Vətənə çatdıracaq. 

-Döyüş meydanında Bayrağımızı ucaltdıq, mane ola bilmədilər.Onlar Bayrağımızla ancaq bu formada mübarizə apara bilərlər. Cəsarətləri buna çatır.

-Hadisəni törədən akkreditasiyası olan erməni şəxsdi. Əvvəlcədən planlaşdırıldığı hiss olunur. Adamın əlində alışqan əvəzinə partladıcı maddə ola bilərdi. Avropa Ağır Atletika Federasiyasının mövqeyi çox maraqlıdı.

-Erməni bloger İşxan Verdiyan: Məsul dövlət qurumları dünən baş verənlərə görə Azərbaycan nümayəndə heyətindən üzr istəməyənə qədər, bütün dünya, eləcə də mən, belə qəbul edəcəyik ki, bu təxribatı hökumət özü törədib.

- “Mülki müqavilə” partiyasının üzvü Ovik Ağazəryan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı beynəlxalq ictimaiyyətdən üzr istəyib.
Agazaryan “mənim millətimdən vəhşi və adamyeyən tayfalara xas olan təzahürləri tamamilə silmək” üçün əlindən gələni etmədiyi üçün təəssüflənib. 
-İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının Açılış Mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı Avropa Ağır Atletika Federasiyası məlumat yayıb. Ancaq bu məlumatda nə federasiya nə də ermənistan tərəfi üzr istəməyib. Ermənistanın bu yarışlardan kənarlaşdırılmasına isə ümumiyyətcə toxunulmayıb. Dövlətimiz ya bu məsələni daha ciddi şəkildə gündəmdə saxlamalı yada yarışdan birdəfəlik imtina etməlidir.
Açıqlamanı sizə təqdim edirik. Link rəydədir.
“Avropa Ağır Atletika Federasiyası 2023-cü il aprelin 14-də İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının Açılış Mərasimi zamanı bir nəfərin Azərbaycan bayrağını yandırması ilə nəticələnən hadisəni kəskin şəkildə pisləyir.
EWF bu son dərəcə ciddi və təəssüf doğuran jesti idman dəyərlərinin bütövlüyünə və Fair Play-in universal prinsiplərinə hücum hesab edir.
EWF bu hadisəyə dərhal reaksiya verdi, Təşkilat Komitəsinə öz qəti mövqeyini bildirdi və bu yarışın bütün iştirakçılarının təhlükəsizliyi üçün əlavə təminat tələb etdi. EWF daimi olaraq Azərbaycan Respublikasından olan nümayəndə heyətinin yanında olub, idmançılar, məşqçilər və rəsmi şəxslərlə tam həmrəyliyini və dəstəyini ifadə edib.
EWF hesab edir ki, bu hadisə təcrid olunmuş hadisədir və Təşkilat Komitəsindən təcili olaraq tələb olunan əlavə tədbirlərin həyata keçirilməsinə nəzarət edəcək.
Biz Azərbaycan Respublikasının nümayəndə heyətinin müsabiqəni tərk etməli olmasına təəssüflənirik, eyni zamanda buna hörmətlə yanaşırıq. Nümayəndə heyəti Ermənistanı tərk edənə qədər onun bütün təhlükəsizlik şəraitinin təmin edilməsində birbaşa iştirak etmişik.
EWF hadisəyə uyğun olaraq qalır və baş verənlər kontekstində əlavə tədbirlərin görülməsini nəzərdən keçirəcək.
EWF rəhbərliyi komandalar üçün bütün təhlükəsizlik şərtlərinin yerinə yetirilməsini təmin etmək üçün nümayəndə heyətləri yola düşənə qədər bu Çempionatlar çərçivəsində həyata keçirilən bütün tədbirlərdə iştirak edəcək.
EWF Azərbaycan Komandası və Federasiya ilə həmrəy olaraq qalır və idman və Fair Play ruhunda tələb olunan istənilən formada dəstək üçün əlçatandır.”


Oxunub: 166
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az