Şamaxı rayonunda “Erkən nigah və qohumlar arasında nigahlar ” mövzusunda tədbir keçirildi.




Şamaxı rayonunda “Erkən nigah və qohumlar arasında nigahlar ” mövzusunda tədbir keçirildi.
13 aprel 2023-cü il tarixdə  Şamaxı rayon Gənclər və İdman İdarəsinin əməkdaşlarının,  ADTGT ictimai birliyinin sədri Asif Əsgərlinin, məktəb  müəllimlərinin və  rayon gənclərinin iştiraki ilə “ Erkən nigah və qohumlar arasında nigahlar ” mövzusunda tədbir keçirildi. Mövzu  ətrafında  cıxış edən ADTGT ictimai birliyinın sədri Asif Əsgərli və əməkdaşı Gülnarə Bağırova, YAP-Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov  bildirdilər ki, ölkə qanunlarına əsasən 18 yaşını tamamlamayan hər bir şəxs uşaq sayılır, 18 yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur və qanun pozuntusu sayılır. Digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir.
Tədbirə dəvət olunmuş qonaqlar da çıxış edərək, erkən nikahların qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlərin daha təsirli olması və nəticə verməsi üçün bu tərz maarifləndirmə işlərinin yalnız uşaqlar və şagirdlər arasında aparılmasının kifayət olmadığı bildirdilər. Çünki, bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirməyə eyni zamanda müəllimlərin,  bölgənin nüfuzlu adamlarının və valideynlərin cəlb edilməsinin, bu haqda insanlara düzgün məlumatlar çatdırılmasının vacibliyi qeyd edildi.
Tədbirin sonunda mövzu ətrafında suallar cavablandırıldı, maarifləndirmə bukletləri paylanıldı.

Oxunub: 350
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az