Layihə çərçivəsində ikinci ekskursiya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3) arasında imzalanmış Protokola əsasən yaradılan
Bilim Bakı mərkəzinə təşkil olunub.
Layihə iştirakçılarına bildirilib ki, Mərkəzin fəaliyyəti ümumtəhsil mərkəzləridə şagirdlərin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönəlib. Mərkəzdə hər biri 20 şagird tutumlu 6 laboratoriya fəaliyyət göstərir. Burada "Deneyap” proqramı erkən yaşlarda innovasiya və texnologiyalara maraq oyatmaqla gələcəyin mühəndislərinin, elm adamlarının və innovativ sahibkarların yetişməsinə dəstək verir.
Sonda layihə iştirakçılarının sualları cavablandırılıb.
Oxunub: 277
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az