-Biz XXI əsrə qədəm qoyuruq. XXI əsr gənclərin əsridir. Biz yaratdığımız, qurduğumuz müstəqil Azərbaycan dövlətim, müstəqil Azərbaycanı gənclərə tapşırırıq.
Bizim işimizi gənclər davam etdirməlidir.
Gənclərin vəzifəsi Azərbaycanın dövlət müstəqilliyini qorumaq, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etmək, ölkəmizin iqtisadiyyatını, mədəniyyətini, elmini inkişaf etdirməkdir.
-Uşaqlar cəmiyyətin ən gözəl hissəsidir.
-Hər bir insan, hər bir ana, hər bir ata öz xoşbəxtliyini birinci növbədə öz uşağında, öz övladında görür.
-Uşaq həmişə insanda çox ülvi hissiyyatlar yaradır.
-İnsan istedadının hər bir sahəsi Azərbaycanın uşaqlarında var.
-Bizim borcumuz, bizim vəzifəmiz şərait yAratmaqdan ibarətdir ki, hər bir gənc, hər bir uşaq istedadını inkişaf etdirə bilsin, ona imkan yaransın.
-Xalq, millət və onun gəncləri, onun ordusu, onun döyüşçüləri həmişə öz torpağını, öz ölkəsini, öz vətənim qorumağa qadir olmalıdır, qorumağa hazır olmalıdır.
-Mən bütün Azərbaycanın uşaqlarını öz uşaqlarım hesab edirəm, övladlarım hesab edirəm, nəvələrim hesab edirəm.
-Ölkəmizin bugünkü gəncləri, gənc nəsli Azərbaycanın parlaq gələcəyi yolunda öz xidmətlərini göstərəcək və Azərbaycanı gələcəkdə inkişaf etdirəcəklər.
-Biz bu gün hansı gənc nəsli yetişdirə bilsək, Azərbaycanın gələcəyi ondan çox asılı olacaqdır. Əgər bugünkü gənc nəsil Azərbaycan xalqının bütün qayğılarına qalmaq iqtidarına malik olacaqsa, yüksək biliyə, təcrübəyə malik olacaqsa, təbiidir ki, biz Azərbaycanın gələcəyi haqqında narahat olmamalıyıq.
-Ölkəmizin bugünkü gəncləri, gənc nəsli Azərbaycanın parlaq gələcəyi yolunda öz xidmətlərini göstərəcək və Azərbaycam gələcəkdə inkişaf etdirəcəklər.
-Gərək hər bir insan və xüsusən gənc nəsil azər- baycançılığın, Azərbaycanın, mənsub olduğu xalqın mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən dərk etsin. Biz buna nə qədər çox nail olsaq, bizim millətimizdə millilik, vətənpərvərlik əhval-ruhiyyəsi, öz torpağına, xalqına məhəbbət hissi bir o qədər çox artacaqdır.
Azərbaycanın dövləti üçün, müstəqil Azərbaycan üçün Azərbaycanın uşaqları, yeniyetmələri, gəncləri Azərbaycanın əvəzsiz sərvətidir, böyük nemətidir.
-İndi müstəqil Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq, öz xalqının, millətinin, qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, həqiqi vətənpərvər ola bilməz. Əgər bunu bilməsə o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə, öz millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz. Ancaq təkcə tarix deyil, bizim zəngin ədəbiyyatımız var. Azərbaycan ədəbiyyatı qədim dövrlərdən indiyədək öz zənginliyi ilə bütün dünya xalqları içərisində öncül yerlərdə olubdur. Demək, bu həm bizim tariximizdir, həm mənəviyyatımız, həm də milli mənliyimizdir.
Oxunub: 220