Dövlət İmtahan Mərkəzi “Peşəkar mühasib” adlı metodik vəsait nəşr edib.





Dövlət İmtahan Mərkəzi “Peşəkar mühasib” adlı metodik vəsait nəşr edib.
Metodik vəsait peşəkar mühasib sertifikatı (PMS) verilməsi üçün keçirilən test imtahanına (I və II mərhələ) hazırlaşanlar və ictimaiyyətin bu sahə ilə maraqlanan təbəqəsi üçün nəzərdə tutulub. Vəsaitə müvafiq qanunvericilik aktları, imtahan proqramları, imtahanın hər iki mərhələsinə aid tapşırıq nümunələri və digər zəruri materiallar daxil edilib.       
Vəsaiti "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Qeyd edək ki, DİM tərəfindən 2023-cü il mayın 7-də peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi keçiriləcəkdir. Namizədlər 7 aprel saat 12:00-dan 26 aprel saat 11:00-dək DİM-in rəsmi internet səhifəsinə daxil olub qeydiyyatdan keçə bilərlər. 

Oxunub: 260
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az