I yer - R.Babaşov adına Cəmcəmli kənd tam orta məktəbi. II yer – Qobustan şəhər Elyar Vəliyev adına 2 saylı tam orta məktəbi. III yer - Qobustan şəhər A.Çernyayevski adına 1 saylı tam orta məktəbi.





Qobustan Rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil Sektoru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və DYMH-nin rayon şöbələrinin  birgə təşkilatçılığı ilə 08 aprel 2023-cü il tarixində gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib. Rayon birinciliyində ümümtəhsil tam orta məktəblərinin VIII və X sinif şagirdlərindən ibarət qeydiyyatdan keçmiş 9 komandası üzrə 128 şagird iştirak etmişdir.  Yarış Qobustan Olimpiya İdman Kompleksində keçirilmişdir. Gənclər və İdman idarəsinin rəisi Qadir Əkbərov, Təhsil Sektorunun əməkdaşı Mahir Soltanov, SHXÇ üzrə DX-nin rayon bölməsinin əməkdaşı Emil Cəfərov çıxış edərək bu günki tədbirin əhəmiyyətini qeyd etmiş, komandalara uğurlar arzulamışlar. 
44 günlük Vətən müharibəsində şücaət göstərərək şəhid olmuş həmvətənlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur.
Dövlət Himni səsləndikdən sonra yarış açıq elan edilmiş və start verilmişdir. Bütün komandalar ardıcıllıqla mərhələlər üzrə çıxış etdikdən sonra yekun xalları hakimlər heyyəti tərəfindən hesablandı və qaliblər müəyyən olundu. 
I yer    - R.Babaşov adına Cəmcəmli kənd tam orta məktəbi.
II yer   – Qobustan şəhər Elyar Vəliyev adına 2 saylı tam orta məktəbi.
III yer  - Qobustan şəhər A.Çernyayevski adına 1 saylı tam orta məktəbi.
Qalib komandalar Qobustan rayon Gənclər və İdman idarəsinin müvafiq diplomları ilə təltif olundular. Rayon birinciliyində I yeri tutmuş R.Babaşov adına Cəmcəmli kənd tam orta məktəbinin komandası "Şahin" hərbi-idman oyununun zona mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Oxunub: 294
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az