Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və ADPU-nun Şamaxı filialının birgə təşkilatçılığı ilə Şamaxı Rayon Mədəniyyət Mərkəzində gənclər arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2023-cü ilin Heydər Əliyev ili elan edilməsinə həsr edilən "Heydər Əliyev irsi milli sərvətimizdir" mövzusunda intellektual yarış keçirilib.
Yarışa başlamazdan öncə Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və ADPU-nun Şamaxı filialı arasında rəhbərlərin iştirakı ilə " Heydər Əliyev irsinin təbliği və yetişməkdə olan gənc nəslə aşılanması" haqqında memorendium imzalanıb.
Şamaxı şəhər 10 saylı orta məktəbin tarix müəllimi Vasif Şıxıyevin moderatorluğu ilə keçən yarışda ADPU-nun Şamaxı filialının Şamaxı Regional kollecin tələbələri və Asan xidmət könüllülərindən ibarət 7 komanda qalibiyyət uğrunda mübarizə aparıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda I yerə ADPU-nun Sirius məktəbin "Zirvə" komandası, II yerə "Dəmir yumruq" komandası, III yerə " Turan" komandası layiq görülüb.
Sonda qaliblərə Filial və Şamaxı rayon Heydər Əliyev Mərkəzi tərəfindən Fəxri fərman kubok, hədiyyə və diplomlar təqdim edilib.
Qaliblərimizi təbrik edirik.
Oxunub: 225
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az