Dağlıq Şirvan Regional Təhsil İdarəsi 04-11 aprel 2023-cü il tarixlərində şagird sayı 500-dək olan məktəb direktoru vəzifəsi vakant olan məktəblərə direktor seçimi üçün sənəd qəbulunu elan edir.





Dağlıq Şirvan Regional Təhsil İdarəsi 04-11 aprel 2023-cü il tarixlərində şagird sayı 500-dək olan məktəb direktoru vəzifəsi vakant olan məktəblərə direktor seçimi üçün sənəd qəbulunu elan edir.
İşə qəbul prosesi test və müsahibə olmaqla iki mərhələdə həyata keçiriləcək. Şagird sayı 150-dək olan məktəblərdə direktor vəzifəsinə qəbul olunmaq istəyən namizədlər yalnız müsahibə mərhələsində, şagird sayı 151-dən 500-dək olan məktəblərdə direktor vəzifəsinə qəbul olunmaq istəyən namizədlər isə həm test, həm də müsahibə mərhələsində iştirak etməlidirlər.
Namizədlər üçün aşağıdakı meyarlar tələb olunur.
1. pedaqoji ixtisas üzrə ali təhsil 
2. 5 ildən az olmayaraq pedaqoji staj 
3. hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərmə
Üstünlük veriləcək namizədlər isə müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirilmə və sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş şəxslər.
Müraciət etmək istəyən namizədlər tələb olunan aşağıda qeyd edilən sənədləri 04-11 aprel tarixləri arasında Dağlıq Şirvan Regional Təhsil İdarəsində yaradılmış komissiyaya təqdim edə bilərlər. (ünvan: Şamaxı şəhər, 2 saylı tam orta məktəbin binası, Şəhriyar küçəsi, 21)
1. şəxsiyyət vəsiqəsinin surəti 
2. kadrlar uçotunun şəxsi vərəqəsi
3. əmək kitabçasının surəti 
4. ali təhsil haqqında sənədin və əlavənin surəti
Aşağıdakı linkə daxil olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə vakansiyalarla tanış ola bilərsiniz.

Oxunub: 253
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az