Tənha Anaların Sosial İnkişafına Dəstək” layihəsinin ilkin fazası olan tənha anaların övladlarının fərdi inkişafı ilə bağlı təlimlərə start verilib.






İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyi, “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyi və Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyinin yaratdığı koalisiyasının təşəbbüsü, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Tənha Anaların Sosial İnkişafına Dəstək” layihəsinin ilkin fazası olan tənha anaların övladlarının fərdi inkişafı ilə bağlı təlimlərə start verilib.
İlkin mərhələdə gənclərin fərdi inkişafı eyni zamanda düzgün şəxsiyyət formalaşdırılması istiqamətində şəxsiyyət tipləri, davranışlarımızdakı dəyişikliklər, inkişafımıza mane olan inanclar mövzularında təlimlər, qrup işləri və digər praktiki sessiyalar təşkil olunmuşdur. Layihənin gənclərlə olan fazası əvvəldən də planlaşdırıldığı kimi bir neçə həftə davam edəcək və bu müddət ərzində tənha anaların 20-dən çox övladları silsilə təlimlərdə iştirak edəcəklər.
Diqqətə çatdırırıq ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Tənha Anaların Sosial İnkişafına Dəstək” layihəsinin qarşıya qoyduğu əsas məqsəd Şamaxı rayounda yaşayan ailə dəstəyindən məhrum olan, həyat yoldaşı ilə birgə yaşamayan və övlad sahibi olan qadınların sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması, psixoloji dəstəyin göstərilməsi, tənha qadınların məşğulluğunun təmin edilməsi onların cəmiyətə adaptasiyasının sürətləndirilməsi həmçinin onların yeniyetmə övladlarının fərdi inkişafı və düzgün təhsil imkanlarını artırmaqdır.

Oxunub: 226
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az