Dünən gecə deputat Fazil Mustafaya evinin önündə teror törədilir. Aldığa yaradan birazdan huşunu itirəcəyini bilən Fazil bəy, terorçuların evə daxil ola biləcəyini düşünür. Qardaşı oğlu Toğrula zəng edir. Və Toğrul Mustafayevin dediyinə görə ilk sözü belə olur ki:
-Məni vurublar, tez gəl, evə daxil ola bilərlər !
Aqşin Yenisey yazır:
-Fazil Mustafa müstəqil Azərbaycanda, bəlkə də, yeganə adamdır ki, ictimai-siyasi nüfuzu sayəsində əldə etdiyi restoranı, ticarət obyekti ilə deyil, kitabxanası ilə tanınır. Bu illər ərzində tez-tez şəxsi kitabxanası ilə öyünən ikinci bir siyasi, ictimai xadimə rast gəldiyimi xatırlamıram. Hətta sui-qəsdə uğramasa belə, Azərbaycan cəmiyyəti bu cür adamların dəyərini bilməlidir. İkinci münasibətin yolu bizi Əfqanıstana aparır.
-Bu gün Azərbaycanda da dövlət içində dövlət yaratmağa cəhd edən qüvvələr var, məsələn, tez-tez adı çəkilən "Kərimə dövləti" belələrindəndir. Hələlik dövlət içində "Kərimə dövləti" yaratmaq mümkün olmasa da, cəmiyyət içində "Kərimə cəmiyyəti" çoxdan yaradılıb.
- On illərdir ki, bu kərimə cəmiyyətinin yaradılması üçün Azərbaycanda zəmin hazırlanır. Xarici kəşfiyyat orqanlarının pulu və sifarişi ilə şəriətin, meyxananın populyar mənəviyyata çevrilməsi, digər mənəvi elementlərə hücumların təşkili artıq "gülləmeyvə" şəklində öz "bəhrəsini" də verməyə başlayıb.
Oxunub: 149