Məstəli şah və Bizim Milli futbol..... satira.


          Məstəli şah. Səlam-əleyküm!
Şəhrəbanu xanım (başın yuxarı qovzuyub). Əleyküməssəlam, baba dərviş, xoş gəldin! Gəl otur. Məstəli şah (oturub). Xanım, mənə nisbət nə qulluğunuz var? Buyurun, can-baş ilə bitirməkdə müzayiqə yoxdur!
Şəhrəbanu xanım. Baba dərviş, bir cüzvi, yüngül işdən ötrü sənə zəhmət vermişəm! Mətləb budur ki, bizim Futbol yığmamız lap yolundan azıb: bir İtalyan qonağımız var, xəyalındadır ki, ona qoşulub Avropa çempionatına  getsin, mənim bu oturan, gül üzlü uşağımı ki, onun azarkeşidir, iyirmi gündən sonra öz liqimiz başlanacaq, ağlar-sızlar qoysun. Mən və Hatəmxan ağa nə qədər yalvardıq, söylədik, qulaq asmadı; gərəkdir ki, bir iş edəsən ki, bizim Millimiz gedə bilməsin və müsyö İtalyan ondan əl çəksin, aparmasın.
Məstəli şah. Xanım, bu cüzvi, yüngül iş deyilmiş; bəlkə çox böyük və çətin iş imiş. Gərəkdir ki, bu işdə mənim cadumun əsəri ya Avropanın, ya müsyö məşqçinin başında çatlasın?
Məstəli şah. Xanım, məsələn, əgər Milliyə  əl vursam, lazım olar ki, onun bədəninə bir cin müsəllət edim ki, bu səfərdə bir qol vursun. Amma olar ki, bu işdən o qorxsun, ağlına rəxnə yetişsin, ya azarlasın, ya çollaq olsun, çünki çox uşaqdır bu nə bilir ki qol nədir.
Şəhrəbanu xanım. Bıy, allahı sevirsən, baba dərviş, belə danışma, bu işlər tamam ondan ötrüdür ki, Milli bir gün gözümüzdən uzaqlaşmasın. Necə olar ki, onun canına cin müsəllət olmağa razı olar!
Məstəli şah. Bu surətdə gərəkdir ki, divlərə ifritələrə əmr edim ki, Çempionatı xarab etsinlər, altını üstünə çevirsinlər ki, futbolçular dəxi ora getmək niyyətindən düşsün, yainki Mərrix ulduzuna hökm edim ki, müsyö məşqçinin  boynunu vursun ki, Millini  aparan olmasın. Bu işin bundan başqa heç çarəsi yoxdur.
Şəhrəbanu xanım. Bu necə mümkün şeydir, baba dərviş, belə iş eləmək olarmı?
Məstəli şah. Pəh, bu mənim işimdir, xanım, nə şübhə yeridir! Məgər eşitməmisiniz ki, bir neçə şəyatinə əmr etmişəm ki, həmişə Şişə qalasında üsuli və şeyxi mollalarının arasında fitnə və fəsad salıb heç vaxt onları dinc qoymasınlar! Ondan ötrü ki, onlar minbərə çıxıb aşkara xalqa vəz edirmişlər ki, cadukunə və sairə inanmayın. Aya, mən deyiləm ki, Kilcan adlı ifritin ruhunu ki, şeytənətdə və məzərrətdə fəridi-əsrdir, Ağa Vəli Əliqulu oğlunun bədəninə müntəqil edib Səlyan xalqının canına müsəllət etmişəm ki, gecə-gündüz onun qorxusundan evlərində rahat yata bilməzlər! Hələ Səlyan xalqına az qisas etmişəm. Ondan ötrü ki, olar bildir məni Səlyana qoymayıb qovdular ki, bura darülmöminindir. Sən dərviş və cadukunsən, bura ayaq basma! Hansı işlərimi söyləyim? Bu işlər yaxın zamanda etdiyim əməllərin əlamətidir. On bir il bundan irəli Araz qırağına gəlmişdim; istəyirdim ki, Naxçıvan və Şərur mahallarının qabağından keçib İrəvana gedəydim. Hər iki mahalın xalqı mənə mane oldular ki, səni qoymanıq bu torpağa keçəsən. Ondan ötrü ki, əlində təzkirən yoxdur. Naməlum, təzkirəsiz adamlara yol vermək, bu tərəfə keçirmək qanun ilə qadağandır. Bavücudi ki, əlləm-qəlləmlər özləri gecə-gündüz qaçaq mala gedən təzkirəsiz adamları o yana, bu yana bələd olub keçirirdilər. Nə qədər yalvardım-yapışdım, sözümə qulaq asmadılar. Aşağı getdim, yuxarı getdim, olmadı; axırda lap acığım tutdu. Əcinnələrə, ifritələrə hökm etdim ki, tamam Naxçıvan, Şərur mahallarının damlarını qaldırıb yer ilə yeksən etdilər ki, zərbindən Ağrı dağının bir tərəfi də qopub tökülüb Akur kəndini batırdı. Oranın biçarə erməniləri də yaman qonşularının səbəbindən fənaya getdilər. xülasə, Murova desəm, yerindən qop, qopmazmı? Araza desəm, axma, axarmı?
Şəhrəbanu xanım (təəccübdən əlin dodağına aparıb). Allah, dərdini əsirgə...
Məstəli şah. Xanım, gecə keçir, durmaq vaxtı deyil. İndi siz mənə buyurun görüm, müsyö məşqçi havaxt gedəcək?
Şəhrəbanu xanım. On gündən sonra.
Məstəli şah. Çox yaxşı, indi mən bu saatda, xanım, sizin gözünüzün qabağında Avropanın  heykəlin bərpa edib, burda onu pozacağam. Və divlərə və ifritələrə hökm edəcəyəm ki, haman dəqiqə avropa yıxsınlar və on günə qədər xəbərini müsyö Jordana çatdırsınlar ki, milli takımı aparmaq fikrindən düşsün; yainki bir böyük xoruzu qabağında tutub adın qoyacağam müsyö Jordan, bu saatda onun boynunu vurub Mərrix ulduzuna əmr edəcəyəm ki, bu tövr ilə o da on günədək həqiqətdə müsyö məşqçinin boynunu vursun; taki milli takımı ondan xilas olsun. İndi buyurun görüm, cənabınız avropanı xarab olmağınımı istəyirsiniz, ya müsyö məşqçini boynunun vurulmağın?
Xanpəri (tez əlin yuxarı qovzuyub, çalıb). Hər ikisini, baba dərviş! Firənglərə yazığımızmı gələcək?

Düzüb-qoşdu:  Alxas Məmmədov.


Oxunub: 121
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az