O, özü kuboku mənə təqdim etdi.
12 martda doğum gününü qeyd edən Teymur Rəcəbov beynəlxalq turnirdə Harri Kasparovu məğlub edərək məşhurlaşıb. Teymur qalibiyyət barədə 2005-ci ildəki müsahibəsində bunları deyib:"Karyeramın əvvəlində Kasparov mənə çox yaxşı yanaşırdı. Moskvada 15 yaşında gənc istedadlar arasında keçirilən "Kasparov kuboku"nu udanda o, özü kuboku mənə təqdim etdi və xoş sözlər dedi. Həmişə qeyd edirdi ki, gənc istedadlar arasında dünya çempionu adına böyük ehtimalla, məhz məni iddiaçı görür. 2003-cü ildə Linaresdə ona qalib gəldikdən sonra hər şey dəyişdi. Buna qədər Kasparov 7 il idi heç kimə uduzmurdu. Bundan sonra digər turnirlərdə məni görəndə heç salam da vermirdi".Babək Cəfərov
Oxunub: 245