Laçın rayonunun Ermənistanla sərhədində nəzarət buraxılış məntəqəsinin quraşdırılması vacibdir.
Hərbi ekspert Ədalət Verdiyev: "Qəhrəmanlarımız Turşsu-Şuşa yoluna tam nəzarəti bərpa edib. Ərazimizə Ermənistandan silahlıların, texnikaların və silahların daşınmasının qarşısını tam almaq üçün Laçın rayonunun Ermənistanla sərhədində nəzarət buraxılış məntəqəsinin quraşdırılması vacibdir. Burada eyni nəzarət buraxılış məntəqəsinin məğlub Ermənistan tərəfindən quraşdırıldığını nəzərə alsaq, o zaman eyni fəaliyyətin Azərbaycan tərəfindən həyata keçirməsi məntiqə tam uyğundur. Başqa sözlə desək, Qarabağda seperatizmin dəfni üçün dayanmadan, durmadan və yorulmadan məqsədyönlü fəaliyyətlərimizi inkişaf etdirməliyik".
Oxunub: 103