Azərbaycan-Ermənistan sərhədində yeni hərbi hissə fəaliyyətə başlayıb.


Azərbaycan-Ermənistan sərhədində yeni hərbi hissə fəaliyyətə başlayıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə, martın 12-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.
Bununla əlaqədar təşkil olunmuş tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev yeni hərbi hissənin fəaliyyətə başlaması mü­nasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.
Çıxışda Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən “Dəmir Yumruq” əməliyyatı nəticəsində ölkəmizin ərazi suverenliyinin bərpa olunduğu, milli və sərhəd təhlükəsizliyimiz üçün 30 ilə yaxın müddətdə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin, o cümlədən İranla dövlət sərhədinin 132 km, Ermənistanla dövlət sərhədinin 500 km sahəsinin işğalına son qoyulduğu, Vətən Müharibəsinin Azərbay­can Respublikası­nın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığı vurğulanıb.
Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif edilib.
Sonra mərasim iştirakçıları hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə yerinə yetirilməsi üçün yaradılmış şəraitlə, o cümlədən zəruri avadanlıqlar, mebel, məişət əşyaları, istilik sistemi ilə təmin edilmiş xidməti otaqlar, kazarma və yeməkxana, hamam-camaşırxana kompleksi, anbar, silah və texniki vasitələrinə baxış keçiriblər.

Oxunub: 247
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az