Adətlər uzun müddət təkrar olunan və vərdiş halına keçən davranış qaydalarıdır.





Adətlər ən qədim sosial normalardır. Adətlər uzun müddət təkrar olunan və vərdiş halına keçən davranış qaydalarıdır. Hüquq və əxlaq normalarından fərqli olaraq adətlər üçün 1) vərdiş halını alma; 2) davamlılıq; 3) təkrar olunma kimi xarakterik əlamətlər xasdır. Hər hansı davranış qaydasıyalnız uzun müddət təkrar olunduqdan və vərdiş halını aldıqdan sonra adətə çevrilir.Adətlərin davamlılığı, təkrar olunması və vərdiş halını alması xüsusiyyəti onu sosial normaların müstəqil növü kimi ayırmağa imkan verir. Əxlaq normalarından fərqli olaraq adətlər daha konkretdir. O, uzun müddət yaşayır, nəsildən nəsilə, bir ictimai-iqtisadi formasiyadan digərinə ötürülür.Adətlərin əsasında konkret davranış nümunəsi durur. Adətlərin hüquq normalarından yaranma mənbəyinə, təzahür və ifadə formasında, tənzimetmə üsul və vasitələrinə görə aşağıdakı fərqləri vardır:
Adətlər hüququn həyata keçirilməsi prosesinə təsir edir, hüquq normalarının daha səmərəli şəkildə həyata keçirilməsinə, hüquq normalarına düzgün əməl olunmasına əlverişli şərait yaradır. 
    Güloğlan Cabbarlı.


Oxunub: 136
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az