24 Mart Ordumuzun Fərrux zəfəri.
24 Mart Ordumuzun Fərrux zəfəri. Fərrux Zəfəri əslində nə deməkdir ? Əvvəlcə o deməkdir ki, Azərbaycan Ordusu Qarabağda istədiyi vaxt istədiyi yerə girib orada mənzil-qərərgah ola və bayraq sanca bilir. Yəni son zamanlara qədər cəmiyyətdə yayılmış ""Rusiya ordusu ordadısa, Azərbaycan heç nə edə bilməz", "Rusiya Azərbaycanı Qarabağa buraxmır", "Azərbaycan o torpaqları ruslara satıb"" kimi neqativ və məyusedici fikirlər darmadağın oldu. Bəlli oldu ki, Azərbaycan Ordusu regionda və dünyada gedən geosiyasi reallıqları gözləmək, heç kimi qıcıqlandırmamaq şərtilə respublikanın ərazi bütövlüyünü tam tərkibdə bərpa etmək üzrə öz planlarını yavaş-yavaş reallaşdırmaqdadır. Zaman-zaman bu haqda mesajlar vermişik hər nə qədər bəziləri bizə inanmasa da. Şərti olaraq "Fərrux Zəfəri" adlandırılan hərbi əməliyyatla strateji əhəmiyyəti yüksək olan Fərrux kəndi, Pirlər kəndi (Xramord) və Daşbaşı yüksəkliyi Azərbaycan Ordusunun nəzarətinə keçib; İkincisi, bu, həm də strateji əhəmiyyəti olan 30-dan çox yaşayış məntəqəsinə (Ağdam və Xocalıya aid kəndlər) nəzarət deməkdir; Xankəndi ilə Ağdərə şəhərlərini birləşdirən əsas magistral yola nəzarəti tamamilə götürmək və yolu ikiyə bölməkdir (hansısa mümkün hərbi əməliyyatlar zamanı Xankəndi və Ağdərədəki düşmən birlikləri arasında əlaqənin sıfırlanması deməkdir bu); Ermənilərin Papravənddə Ağdərə-Kəlbəcər yoluna qoyduqları blokpostun (Kəlbəcərə gedən maşınların daha çox saxlandığı post) əhəmiyyəti heçə endi desək, yalan olmaz, məncə! Şuşadan sonra Xankəndi və Xocalını qarşı tərəfdən də (Şimal və şimali-şərq) hərbi cəhətdən müşahidə altına almaq (xüsusi kamera vasitələri ilə), düşmənin hər bir hərəkətini rahat izləmək üçün unikal ərazi üstünlükləri əldə etmək; Ağdərənin mühasirəsini rəsmiləşdirmək, o cümlədən möhkəmlənmiş yeni yüksəkliklərdən həm Ağdərəyə məsafəni qısaltmaq, o cümlədən Xocalının arxa zolağına çıxmaq. Ermənilərin boynu yalnız Şuşaya tərəf dönük narahat qalırdısa, indi onların boynu bir də 180 dərəcə arxadan da narahat qalacaq. Fərrux və Pirlər kəndi, eləcə də Daşbaşı yüksəkliyi Yuxarı Qarabağın düz orta parallelindədir. İndi Azərbaycan Ordu birlikləri Laçın/Şuşa - Kəlbəcər - Fərrux/Daşbaşı - Tərtər/Ağdam istiqamətdəki yüksəkliklərdən üç zolağa bölünərək yerləşib, möhkəmlənməkdədir, bu isə mümkün hərbi əməliyyatlar zamanı düşmənin arxasına keçıb, "kisəyə salmaqla", onu bir göz qırpımında məhv etmək üçün strateji fürsətlər yaradıb. Qanunsuz erməni silahlı dəstələrinin koma-koma mövqeləndiyi Ağdərə-Əsgəran-Xocalı-Xankəndi və Xocavənd də olmaqla 360 dərəcə radius üzrə hava məkanına tam hakim olmaq, hava döyüş vasitələrinin hədəf mənzillərinin qısalması. Münkün hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun 360 dərəcə radiusda (Laçın-Şuşa-Hadrut + Kəlbəcər-Tərtər + Ağdam-Xocavənd) marşrut üzrə lojistik təminat dəstəyi almasının asanlaşması, helikopterlərin bu dəstəyi həyata keçirməsinə şəraitin əldə olunması, təminat yollarının qısalması və s. Unutmamaq lazımdır ki birinci Qarabağ müharibəsində bu yüksəlik uğrunda onlarla şəhid vermişik. Uzun sözün qısası Zəfərimiz mübarək!!! Hazırladı: Həsənxan Manaflı.